İTV-nin departament rəhbəri işdən çıxarıldı - TV-də növbəti qalmaqal

2-06-2016, 16:04           

İctimai Televiziyanın xəbərlər departamentinin rəhbəri Elgün İbrahimov vəzifəsindən azad edilib.

AzNews.az-a daxil məlumata görə, o, vəzifəsindən dünən çıxarılıb.

Elgün İbrahimov faktı AzNews.az-a təsdiqləyib. Keçmiş departament rəhbəri dünən kadrlar şöbəsinə çağırılaraq işdən çıxması ilə bağlı ərizə yazmasını tələb etdiklərini bildirib: “İyunun 1-də kadrlar şöbəsinə çağırıldım. Heç bir səbəb göstərilmədən guya öz xahişimlə işdən azad edilməyim barədə əzirə yazmağımı istədilər. Mən də yazdım. Şirkətin baş direktorunun ölkədə olmadığı bir halda vəzifədən azad edilmişəm, vaxt itirmədən yerimə yeni təyinat və təqdimat da ediblər. Üzərimdə olan haqları səbəbindən məsələnin təfərrüatlarına getmək istəmirəm. Lakin ümid edirəm ki, baş direktor Cəmil Quliyev iş başına dönəndə, bu məsələ ilə bağlı mövqeyini bildirəcək. Hadisə hələ nəzarətdə ikən müvafiq addımlar atılacaq və İTV-nin nüfuzuna xələl gətirmədən ədalətli qərarla aradan qaldırılacaq”.

Əldə etdiyimiz məlumata görə, İTV-nin xəbərlər departamentinin rəhbəri vəzifəsinə “Yeni gün”ün keçmiş rəhbəri, tanınmış telejurnalist Rauf Rəcəbov gətirilib.

Xatırladaq ki, Elgün İbrahimov sözügedən vəzifəyə 2015-ci ilin aprel ayında təyin edilmişdi. Onun təyinatına qədər isə xəbərlər departamentinin rəhbəri postu təxminən 1,5 il müddətində boş qalmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.