Kris Taker: “Pik saatı 4”də çəkilməyə hazıram”

23-03-2023, 12:04           
Kris Taker:
Aktyor Kris Taker “Pik saatı” franşizasının dördüncü filmin hazırlanmaqda olduğu xəbərinə böyük həvəslə yanaşıb. Takerin sözlərinə görə, o, çəkilişlərə başlamaq üçün səbirsizlənir.

“Bir çox gözəl şeylər görəcəksiniz, lakin tamamilə fərqli səviyyədə. Mən şadam. Bu, əvvəllər gördüyünüz heç bir şeyə bənzəmir. Mən Ceki Çan ilə işləməyi sevirəm və özümdən də filmə nə isə əlavə edəcəyəm”, - deyə Taker bildirib.

Qeyd edək ki, “Pik saatı” trilogiyası 1998-2007-ci illərdə çəkilib və dünya üzrə 849,3 milyon dollar gəlir əldə edib. Dördüncü hissə ilə bağlı şayiələr ən azı 2012-ci ildən gedir. Ceki Çan ötən ilin dekabrında film üzərində işlərə başladığını rəsmən elan edib. Layihənin rəhbərinin adı məlum deyil.
Mənbə: film.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.