Qızları Dueyni kətan əvəzi istifadə etdilər, iclası təxirə düşdü - VİDEO

28-03-2023, 12:57           
Qızları Dueyni kətan əvəzi istifadə etdilər, iclası təxirə düşdü - VİDEO
Amerikalı aktyor Dueyn Conson qızlarının onun üzünə makiyaj etməsini əks etdirən video paylaşıb.

Kadrlarda övladları yeddi yaşlı Jasmin və dörd yaşlı Tianın balaca stulda oturan 50 yaşlı aktyorun üzünü boyadığı, dırnaqlarına da “manikür” etdiyi görünür.

Conson sonradan bu boyaları üzündən təmizləmək üçün bir saat vaxt sərf etdiyini bildirib. Onun sözlərinə görə, bu səbəbdən hətta “Zoom” vasitəsilə onlayn görüşünü ləğv etməli olub.
“Vaxt gələcək ki, belə şeylər onlar (qızlar) üçün artıq əhəmiyyət kəsb etməyəcək, buna görə də yola davam”, - deyə aktyor vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru