“Özüm pul xərcləməmişəm, xərcləyiblər” - Vəfa Şərifova

29-03-2023, 16:59           
“Özüm pul xərcləməmişəm, xərcləyiblər” - Vəfa Şərifova
Müğənni Vəfa Şərifova şou-biznes aləmində gündəmə gəlməsi üçün ona yazılan mahnılar, çəkilən kliplərə pullar xərcləndiyini etiraf edib.

TEREF.AZ Yenicag.az-a istinadla xəbər verir ki, canlı yayımda aparıcı Zaur Kamal müğənniyə “Tanınmağın üçün nə qədər pul xərclədin?” sualını ünvanlayıb.

Sənətçi məbləğ açıqlamasa da, reklamı üçün xeyli məbləğ xərcləndiyini bildirib:

“Mən real adamam, durub yalandan deyə bilmərəm ki, ay mənim istedadım var, buna görə tanındım, yox, müəyyən pullar xərclənib. Pulları özüm xərcləmədim, bilirsiz xərcləyən kimdir. Məbləğ açıqlamayacağam, amma az da xərclənməyib”.

Vəfa həmin pulların havaya sovrulmadığını və hazırda onun xeyrini gördüyünü də bildirib.

Sənətçi bu barədə “Həmin Zaur” verilişində danışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru