Məşhur rejissor Roma Papasının xahişilə yeni film çəkəcək
28-05-2023, 12:24
Məşhur rejissor Martin Skorseze Roma Papasının xahişilə yeni film çəkəcək.
Ekran əsəri İsa Məsihə həsr olunacaq.
“Mən Papanın sənətçilərə çağırışına bacardığım yeganə üsulla cavab verdim - İsa haqqında bir film üçün ssenari yazmaqla. Mən onu çəkməyə başlayacağam”, - Skorseze bildirib.
Qeyd edək ki, bu yaxınlarda pontifik “Bizə İsanı göstərin!”, - deyə sənətçilərə çağırış etmişdi.