İndiana Consun "Sonuncu Səlib yürüşü" filmindəki qamçı rekord qiymətə satıldı
Bu gün, 16:28
"İndiana Cons və sonuncu səlib yürüşü" (Indiana Jones and the Last Crusade, 1989) filmində baş rolu ifa edən aktyor Harrison Fordun final səhnələrində istifadə etdiyi qamçı "Heritage Auctions" tərəfindən 525 min dollara satılıb.
Oxu.Az xəbər verir ki, bu barədə AP məlumat yayıb.
Hərrac iştirakçılarının məlumatına görə, qamçı Ford tərəfindən Britaniya taxt-tacının varisi, Uels şahzadəsi Çarlza (hazırda Böyük Britaniya kralı III Çarlz) Böyük Britaniyada filmin premyerasında hədiyyə edilib. Raritet daha sonra Çarlzın ovaxtkı həyat yoldaşı Şahzadə Dianaya (1961-1997) keçdi. O, öz növbəsində, onu kolleksiyaçıya verib.
Alıcının və qamçının keçmiş sahibinin adı açıqlanmır.