Kaliforniyada keçirilən hərrac zamanı "rok-n-rollun kralı" olan Elvis Preslinin şəxsi təyyarəsi satılıb. "Report" "Associated Press"ə istinadən xəbər verir ki, "Lockheed Jetstar 1962" tipli təyyarənin yeni sahibi ona görə 430 min dollar ödəyib. Halbuki, hava gəmisi ilkin olaraq 2-3,5 milyon dollar məbləğində qiymətləndirilirdi. Alıcının adı açıqlanmır. Təyyarənin 35 il istifadəsiz qaldığı bildirilir.