Teleaparıcıya qarşı kampaniya başladıldı: “İnsanlara pis nümunə olur”

1-04-2018, 16:09           
Teleaparıcıya qarşı kampaniya başladıldı: “İnsanlara pis nümunə olur”
Teleaparıcı Lalə Azərtaşa qarşı kampaniya başlayıb.

Musavat.com xəbər verir ki, aparıcının “ATV kulis” verilişində qızlarını döyməsi barədə açıqlama verməsi sosial şəbəkə izləyicilərinin etirazına səbəb olub. Onlar #qızımolsa haştağı ilə kampaniyaya başlayıblar və milyonlarla izləyicisi olan aparıcının insanlara pis nümunə olmaqda, onlara şiddət aşılamaqda ittiham ediblər.

Qeyd edək ki, Azərtaş proqramda aşağıdakı açıqlamanı vermişdi: "Lazım gələndə, qızlarımı döyürəm də. Qızını döyməyən, dizini döyər. Uşaqlarım deyir ki, ana birinci dəfə deyir "olmaz", ikincidə deyir, "demişdim axı olmaz". Üçüncü dəfə başqa cür deyir. Artıq dördüncüdə gəlir. Əgər çətin olursa, nənədən kömək istəyirik. Anama deyirəm ki, Gülarə və Solmaza sən məsləhət ver”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru