“Facebook” Nura Surini “erməni” paylaşımına görə blokladı

2-04-2018, 17:28           

Bir neçə gündür “Facebook”da azərbaycanlı tanınmışlara qarşı başlayan “bloklanma” sistemi müğənni Nura Suridən də yan keçməyib.
İfaçının şəxsi hesabı “Facebook” tərəfindən bir neçə günlük bloklanıb. Buna müğənninin Puşkinə aid olan “Sən oğrusan, sən qulsan, sən ermənisən!” sözlərini paylaşması səbəb olub. Suri bu haqda özü məlumat verib. O bildirib ki, “Facebook” hesabı şikayət olunub: “Puşkinin ermənilər haqda dediyi sözləri paylaşdığıma görə, kimsə məni şikayət edib. Deməli, dostluğumda azərbaycanlı görünən ermənilər də var”. Qeyd edək ki, son gü nlər bir çox sayt rəhbəri və vəzifəli şəxslərin hesabı “Facebook” tərəfindən bloklanır.
Prime-Time













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru