Məşhur serial bu səhnəyə görə MƏHKƏMƏLİK OLDU - 30 min təzminat TƏLƏBİ

24-08-2018, 10:35           
Məşhur serial bu səhnəyə görə MƏHKƏMƏLİK OLDU - 30 min təzminat TƏLƏBİ
Türkiyədə "Star TV" ekranlarında yayımlanan məşhur serial "Fəzailət xanım və qızları" bir səhnəyə görə məhkəməlik olub.

Publika.az xəbər verir ki, söhbət serialın 37-ci seriyasından gedir. Belə ki, qəbirstanlıqdan kadrlar alınan zaman, kiçik bir otaqda çəkilən səhnədə Moldoviyada yol qəzasında həlak olan "Tarabya Hayrola Cafe" ortaqlarından olan Ceyhun Başaran adlı şəxsin məzar daşı kadrlara düşüb. Bu isə onun ailəsinin , xüsusilə də qızının narazılığına səbəb olub.



İrəm Başran atasının məzar daşının serialda kadr olaraq istifadəsindən narahat olduğunu bildirərək vəkilinə müraciət edib. Vəkil isə serialın çəkildiyi "Avşar Film"i məhkəməyə verərək onlara vurulan mənəvi ziyanın qarşılığında 30 min türk lirəsi (8400 AZN) təzminat tələb edib.



Xatırladaq ki, mərhum Ceyhun Başaran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbul Böyükşəhər Bələdiyyə sədri olduğu dövrlərdə onun şəxsi qoruması kimi çalışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru