"Çukur"a BÖYÜK ŞOK - Adnan Oktarla EYNİ SİYAHIDA

25-08-2018, 15:16           
"Çukur"a BÖYÜK ŞOK - Adnan Oktarla EYNİ SİYAHIDA
Türkiyənin Radio və Televiziya Şurasına (RTÜK) edilən şikayətlərin ilk sırasında "Çukur” və “Adnan Oktarla söhbətlər” durur.
Publika.az xəbr verir ki, RTÜK 2018-cı ilin ilk 6 ayında ən çox şikayət edilənverilişlərin siyahısını hazırlayıb.
Siyahıya “Çukur” dizisi liderlik edir. “Adnan Oktarla Şöhbətlər” isə üçüncü yerdədir.

Belə ki, quruma 2018-ci ilin ilk yarımilini sonunda 11 min 599 şikayət məktubu tək “Çukur” dizisinə görə yazılıb. 7 min 659 məktub “Sen anlat Karadeniz” , 6 min 486 şikayət “Adnan Oktar ile Sohbetler”, 2 min 145 şikayət “Teni gelin”, nəhayət, 1. 207 şikayət “Avlu” serialının payına düşüb.
Bu şikayətlər arasında nəinki serialların efir vaxtına son qoyulması, hətta televiziya kanallarının bağlanılması ilə bağlı da bir sıra iradlar yazılıb. Belə ki, şikayətçilər hesab edirlər ki, bu seriallar əxlaqa, mənəvi dəyərlərə yaddır, həmçinin yeni yetişən nəsilin təbiyəsinə ziyan vurur.
Xatırladaq ki, şikayətçilər arasında kişilər üstünlük təşkil edirlər. Həmçinin ötən ilə nisbətən şikayətlərin sayı 5 dəfə arıb.
Bundan başqa türk xalqı evlilik proqramlarının və intim əşyaların reklamlarına da savaş açıbılar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru