Türkiyədə seçki: Səs sayı dəyişdi, nəticə dəyişmədi 7-04-2019, 09:20 Türkiyənin Bartin şəhərinin bələdiyyə seçkilərində səslər təkrar sayılmadan sonra dəyişsə də, qalib dəyişməyib.Axar.az xəbər verir ki, şübhəli görünən 5 sandığın təkrar sayımından sonra MHP ilə AKP namizədi arasında səs fərqi 147-yə düşüb.Belə ki, 3 saata yaxın davam edən təkrar sayımda MHP namizədi Camal Akın AKP namizədi Yusuf Ziya Aldatmaza qalib gəlib.Qeyd edək ki, namizədlər arasında səs fərqi 169 idi. Facebook-da paylaş