"Daha mənimlə maraqlanmırsan, bütün günü çayxanadasan"
Türkiyənin Kütahya bölgəsində ərlərinə mesaj yazaraq evdən qaçan iki bacı tapılıb.
AzNews.az xəbər verir ki, bacılar PUBG oyununda tanış olduqları H.Y.nin anasının evində tapılıblar. Kütahyadan Samsuna qaçan bacılar onları tanıyan insanların polisə xəbər verməsindən sonra tapılıblar. 22 yaşlı A.D. və 17 yaşlı R.K. onlara zorakılıq tətbiq edilmədiyini, öz istəkləri ilə gəldiklərini bildiriblər. Qızlar ailələrinə təhvil verilib.
Qeyd edək ki, A.D. ərinə "daha mənimlə maraqlanmırsan, bütün günü çayxanadasan. Mən gedirəm",- deyə məktub yazıb.