Türkiyə Yunanıstan, İsrail və Avropa İttifaqına nota verdi

16-03-2021, 08:22           
Türkiyə Yunanıstan, İsrail və Avropa İttifaqına nota verdi
Türkiyə Yunanıstan, İsrail və Avropa İttifaqına Aralıq dənizinin şərq hissəsində Türkiyədən icazəsiz aparılması nəzərdə tutulan fəaliyyətlərlə bağlı nota verib. Martın 8-də Yunanıstan, Kipr Respublikası və İsrail arasında ortaq elektrik bağlantısının qurulması üzrə “EuroAsia Interconnector” layihəsinə dair müqavilə imzalanıb. Layihənin Avropa İttifaqının dəstəyilə həyata keçiriləcəyi bildirilib.

Sənədə əsasən, layihə çərçivəsində çəkiləcək elektrik kabeli vizual olaraq Türkiyənin Aralıq dənizindəki qitə şelfindən keçməlidir. Rəsmi Ankara bunun üçün Türkiyədən icazənin alınmasının vacib olduğunu bəyan edib və adıçəkilən ölkələrdəki səfirlikləri vasitəsilə etiraz notalarını müvafiq diplomatik qurumlara təqdim edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru