Çavuşoğludan sensasion suriya açıqlaması - "Qoşun yeritməyə hazırıq"
13-02-2016, 13:17
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Səudiyyə Ərəbistanının İŞİD ilə mübarizə üçün İncirlik bazasında təyyarə göndərəcəyini bildirib.
Avropa.info xəbər verir ki, Səudiyyə Ərəbistanının Suriyada görmək istədiyi işlərlə bağlı açıqlama verərkən Suriyaya canlı qüvvə göndərilməsi ehtimalının də olduğunu söyləyib.
Münhendə keçirilən Suriyadakı müharibə və Avropanın təhlükəsizlik tədbirlərinin müzakirə olunduğu Təhlükəsizlik Konfransında iştirak edən Çavuşoğlu jurnalistlərin suallarını cavablandırıb.
Suriya və İŞİD ilə mübarizə mövzusunda Türkiyə və Səudiyyə Ərəbistanının əvvəldən canlı qüvvə yeridilməsinin tərəfdarı olduğunu söyləyən Çavuşoğlu sözlərinə belə davam edib:
"Bütün koalisiya iclaslarında biz İŞİD ilə mübarizə aparmaq istəyiriksə geniş bir strategiya hazılamağımız lazım olduğunu demişik. Quru qoşunları vasitəsi ilə əməliyyatların təşkil olunması lazımdır. Belə bir strategiya olsa Türkiyə və Səudiyyə Ərəbistanı da bu əməliyyatlarda iştirak etməyə hazırdır."