Obama nə dediyini bilmir, yoxsa Ərdoğan onu səhv anlayıb?

21-02-2016, 11:20           

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ-lı həmkarı Barak Obama arasında dünən telefon söhbəti olub. Maraqlıdır ki, Yaxın Şərq məsələsinin müzakirə olunduğu bu söhbət barədə hər iki prezident fərqli açıqlamalar veriblər.
Strateq.az-ın bildirdiyinə görə, açıqlamalarda bir-birinə tərs düşən 2 başlıca məqam var.
Türkiyə tərəfi Obamanın "Suriya rejiminin və YPG-nin Suriyanın şimal-qərbindəki irəliləməsindən narahatlıq duyduğunu" bildirdiyi halda, Ağ ev Obamanın yalnız Suriya rejiminin irəliləməsindən bəhs etdiyini açıqlayıb.
Bununla belə, Ağ ev YPG-nin bölgədəki şərtlərdən istifadə edərək yeni torpaqlar əldə etməyə çalışmamasının Obama tərəfindən vurğulandığını da etiraf edib. Vaşinqton eyni zamanda ABŞ prezidentinin Türkiyədən də eyni bölgəyə top atışlarını kəsməsini tələb etdiyini bildirib. Son detal Ankara açıqlamasında ümumiyyətlə yer almayıb.
İkinci əhəmiyyətli fərq: Ankaranın açıqlamasında Obamanın Türkiyənin özünü müdafiə hüququnun vurğuladığı bildirilsə də, Ağ evin bildirişində bu nüans yoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.