Təcili: Türkiyə ordusu PKK-nın bir nömrəli ismini məhv etdi - Foto

7-05-2016, 14:20           

Terror təşkilatı PKK-nın Türkiyədəki bir nömrəli ismi olan və başına 1.5 milyon lirəlik mükafat qoyulan Əkrəm Güney və onun müavini öıdürülüb.

Avropa.info xəbər verir ki, 24 ildir terror təşkilatının dağ heyətində yer alan Əkrəm Güney 2014-cü ildə Türkiyəyə göndərilmişdi. Onun adı Türkiyənin axtarışda olan terrorçular siyahısında keçirdi.

Əkrəm Güneyin Diyarbəkr, Ərzurum, Bingöl, Elazığ, Batman, Bitlis və Muşda törətdiyi 73 terror aktı nəticəsində ümumilikdə 193 nəfər Türkiyə vətəndaşı qətlə yetrilib. Onun haqqında Diyarbəkr, Ərzurum, Hakkari, Van, Bingöl prokurorluqları tərəfindən cinayət işi qaldırılmışdı.

193 nəfərin qatili olan əli qanlı terrorçunun Türkiyə ordusu tərəfindən məhv edildiyi bildirilir.
Təcili: Türkiyə ordusu PKK-nın bir nömrəli ismini məhv etdi - Foto












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.