MHP başqanı: “Saray çevrilişinə veriləcək 3-cü Səlimimiz yoxdur”- VİDEO

8-05-2016, 19:10           
MHP başqanı: “Saray çevrilişinə veriləcək 3-cü Səlimimiz yoxdur”- VİDEO
Türkiyənin müxalifət partiyası olan MHP başqanı Dövlət Baxçalı Əhməd Davudoğlunun istefasından danışdı.

Cebhe.info xəbər verir ki, MHP başqanı Dövlət Baxçalı Davudoğlunun istefasını dəyərləndirərkən ilginc ifadələr işlədib:

“Bizim saray çevrilişinə veriləcək üçüncü Səlimimiz yoxdur. Xalq tərəfindən seçilən bir baş nazirin 6 aydan sonra təslim bayrağını qaldırmasını ibrətlə izləyirik. AKP-də yaşananlar yanlız bir partiyanın işi kimi görülə bilməz. Daxili və xarici siyasətdə problemlər olduğu halda cənab Davudoğlunun hansı zəruri səbəblərlə istefa vermək qərarı aldığını bilmək istəyirik və bunun üçün çalışırıq. Çayı keçərkən at dəyişdirməyin də zərərli olduğunu çəkinmədən deyirəm. Davudoğlu bir anda vəzifəsini buraxmasını xalqa və millətə necə izah edəcəkdir?

Davudoğlunun bir anda qələmini qıranlar bu günahın altından necə çıxacaqlar? Mərhum Dəmirəlin “papağımı buraxıb gedərəm” deməsi ilə Davudoğlunun nə fərqi var? Davudoğlu Ərdoğanın kölgəsindən çıxa bilmədi. Öz kimliyini, siyasətini qoruya bilmədi. Nə qədər çox istəsə də, icra edə bilmədi. Milli təhlükəsizliyimiz böhran vəziyyətindədir. Türkiyənin zəif hökumətə dayanacaq gücü yoxdur. Türkiyənin şəhid verəcək əsgəri yoxdur. Bizim artıq saray çevrilişinə veriləcək üçüncü Səlimimiz də yoxdur.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.