Krım tatarlarından Rusiyaya zərbə

9-05-2016, 11:07           
Krım tatarlarından Rusiyaya zərbə
Krım Tatar Xalq Məclisi Avropa Birliyindən Rusiyaya qarşı sanksiyaları gücləndirməyi tələb edib.

Axar.az xəbər verir ki, Məclisin sədri Refat Çubarov Rusiyanın neft sektoruna müvəqqəti embarqoların qoyulmasını istəyib.

"Krım tatarlarına qarşı artan repressiyalar fonunda bizim vəzifəmiz beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı sanksiyaları gücləndirməyə sövq etməkdir. Biz SVIFT beynəlxalq şəbəkəsini Rusiyanın bank sektoruna sanksiyalar qoymağa çağırırıq. Eyni zamanda, Rusiyanın neft sektoruna müvəqqəti embarqoların qoyulmasını istəyirik", - Çubarov bildirib.

Qeyd edək ki, Avropa Parlamentinin mayın 12-də Krım tatarları ilə bağlı qətnamə qəbul edəcəyi gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru