Qazaxıstanlı aktrisa Laosda köləliyə məcbur edilib - FOTO

23-08-2022, 12:44           
Qazaxıstanlı aktrisa Laosda köləliyə məcbur edilib - FOTO
Qazaxıstandan olan aktrisa və bloqer Anel Bermaqanbetova çinlilərin əmək əsarətinə düşdüyünü bildirib.

Bu barədə aktrisa sosial şəbəkələrdə məlumat verib. O, hadisənin Tailanda səfəri zamanı Laosda baş verdiyini qeyd edib.

Bermaqanbetova Çin şirkətinə işə düzəlməyi planlaşdırdığını bildirib. Orada yerləşdikdən sonra ofis bloqeri Çianqraya göndərib. Bundan sonra isə o, şəhərdən 2,5 kilometr uzaqlığa aparılıb və siqaret qoxulu, çirkli, duşu olmayan səkkiz çarpayılı bir otağa yerləşdirilib.

Aktrisa Bermaqanbetova həmçinin ofisdən çıxmasına icazə verilməyəcəyi ilə bağlı işçilərdən biri ilə yazışmalarının skrinşotlarını da nümayiş etdirib.

Qazaxıstan Xarici İşlər Nazirliyi bəyan edib ki, Anelin xilas edilməsi məsələsi ölkənin Vyetnamdakı səfirliyinin xüsusi nəzarətindədir.





Mənbə: MK.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.