Qazaxıstanda yoluxma artdı: Sakinlərə maska ​​taxmaq tövsiyə olundu

16-12-2022, 11:08           
Qazaxıstanda yoluxma artdı: Sakinlərə maska ​​taxmaq tövsiyə olundu
COVID-19-a yoluxma hallarının artması ilə əlaqədar Qazaxıstan sakinlərinə maska ​​taxmaq tövsiyə olunub.

Son bir həftə ərzində ölkəd koronavirusa yoluxma halları 21% artıb, cəmi yeddi gündə 1283 yoluxma halı qeydə alınıb.

İdarələrarası komissiyanın iclasında bildirilib ki, gün ərzində koronavirusa 235-ə qədər, həmçinin pnevmoniyaya onun əlamətləri ilə 40-a qədər yoluxma halı aşkarlanıb.

Mənbə: Sputnik Qazaxıstan












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.