Türkiyə “Tayfun” raketinin uçuş məsafəsini min kilometrə çatdırmağı planlaşdırır

19-12-2022, 09:33           
Türkiyə “Tayfun” raketinin uçuş məsafəsini min kilometrə çatdırmağı planlaşdırır
"Türkiyənin ilk "Tayfun" ballistik raketinin uçuş məsafəsinin təxminən iki dəfə artırılması, min kilometrə qədər çatdırılması planlaşdırılır".

Teref.az "report"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqində yerləşən Mardin şəhərinin gəncləri ilə görüşündə bildirib.

"Bildiyiniz kimi, "Tayfun" raketinin uçuş məsafəsi 560 km elan edilib. Keçən həftə mütəxəssislərlə danışdım, mənə dedilər ki, "Tayfun" raketinin uçuş məsafəsini min kilometrə çatdıracağıq", - Ərdoğan bildirib.

Qeyd edək ki, "Tayfun" raketinin sınaqları Türkiyə tərəfindən bu ilin oktyabrında həyata keçirilib. Türkiyənin "Roketsan" şirkəti tərəfindən hazırlanan raket 561 km məsafədəki hədəfi 458 saniyəyə vurub.

Raketin hazırlanması bir neçə il gizli şəkildə həyata keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru