Türkiyə dağlarında azan rusiyalı turistlər xilas edildi – VİDEO

21-12-2022, 10:44           
Türkiyə dağlarında azan rusiyalı turistlər xilas edildi – VİDEO
Türkiyədə dağlarda itən dörd rusiyalı turist helikopterlə xilas edilərək təxliyə olunub.

Məlumata görə, Kəmər-Beldibi bölgəsində dağlıq əraziyə gəzintiyə çıxan rusiyalı üç kişi və bir qadın geri yol tapa bilməyincə kömək istəyiblər.

Onların hamısının xilas edilərək helikopterlə Kəmərə aparıldığı bildirilib. Əcnəbilərin sağlamlıq vəziyyəti qənaətbəxş kimi qiymətləndirilib.

Mənbə: İHA












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.