Türkiyədən Çinə sərt REAKSİYA

22-12-2022, 10:46           
Türkiyədən Çinə sərt REAKSİYA
Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu ölkəsinin Suriyada PKK/YPG terror təşkilatına qarşı mübarizəsi ilə bağlı ittihamlar irəli sürən Çin nümayəndəsinə sərt reaksiya verib.
Türk nümayəndəsi heç kimin ittihamlarını qəbul etmədiklərini deyib.

“Heç bir ölkənin terrorla mübarizəmizdə bizə dərs verməyə haqqı yoxdur. Bu gün eşitdiyimiz və sərhədlərimizi, xalqımızı qoruyarkən nə etməli və etməməli olduğumuzu söyləməyə özünə haqq görən açıqlamaları rədd edirik”, - deyə Sinirlioğlu bildirib.

“PKK/YPG/SDQ şimal-şərqdə xalqa təzyiq edir və separatçı gündəmini həyata keçirir. İŞİD-lə mübarizə bəhanəsi ilə bu terrorçu-separatçı təşkilata dəstək vermək hər şeydən əvvəl Suriyanın ərazi bütövlüyünə bağlılığı təsdiqləyən BMT qətnamələrinə ziddir”, - Türkiyə rəsmisi vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru