Türkiyə bu il turizmdən 46 milyard dollar gəlir əldə edəcək

23-12-2022, 10:34           
Türkiyə bu il turizmdən 46 milyard dollar gəlir əldə edəcək
Türkiyə 2022-ci ilin yekununda turizmdən 46 milyard ABŞ dolları gəlir əldə etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycanla Türkiyə arasında turizm üzrə Birgə Komissiyasının 2-ci iclasında, qonşu ölkənin mədəniyyət və turizm nazirinin müavini, Komissiyanın həmsədri Nadir Alpaslan bildirib.

"Koronavirus (COVID-19) pandemiyası həm Türkiyədə, həm də dünyada turizmlə bağlı çətinliklər yaratmış, dünyada turizmi 80 % daraltmışdı. Türkiyə sektorun bərpası üçün bir sıra işlər görüb. Azərbaycanla turizm əlaqələrini inkişaf etdirmək, qarşılıqlı turist axınını artırmaq niyyətindəyik", - deyə turizm rəsmisi əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru