Türkiyə hökuməti bu gün Qara dənizdəki qaz yatağını müzakirə edəcək

26-12-2022, 10:44           
Türkiyə hökuməti bu gün Qara dənizdəki qaz yatağını müzakirə edəcək
Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin bu gün 2022-ci ildə keçiriləcək son iclasında Qara dənizdə yeni qaz yatağının Türkiyənin milli qaz sisteminə qoşulması müzakirə olunacaq.

"Report" xəbər verir ki, bu barədə TRT dövlət telekanalı məlumat yayıb.

Türkiyə hökumətinin 24-cü iclasının nəticələrinə əsasən, Prezidentin Qara dənizdəki təbii qaz yatağı ilə bağlı yeni məlumatları açıqlayacağı gözlənilir.

Bundan əlavə, iclasda təqaüdçülərin sosial təminatı da müzakirə olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru