Türkiyədə qadın ərinin otağını tapa bilmədi, 73 yaşında hərfləri öyrənməyə başladı

28-12-2022, 10:08           
Türkiyədə qadın ərinin otağını tapa bilmədi, 73 yaşında hərfləri öyrənməyə başladı
Türkiyənin Mersin şəhərində yaşayan altı uşaq anası, 73 yaşlı Bedriye Arslanın qətiyyəti hər kəs tərəfindən bəyənilib.


Belə ki, Arslan hərfləri tanımadığından qəzaya düşən və xəstəxanaya yerləşdirilən həyat yoldaşının adını oxuya bilmədiyi üçün onun otağını tapa bilməyib. Elə həmin gün o, dil kursuna getməyə qərar verib.

“İllər sonra oxuyub-yazmağı öyrənmək çox gözəl hissdir. Oxuyub-yazmağı bilməyən insanlar kor olurlar.

Kəndimizdə məktəb var idi. Anam, atam dağa gedirdilər. Uşaqlara mən baxırdım, ona görə də məktəbə gedə bilmədim. Sonradan Mersinə köçdük, oxumağı bacarmırdım deyə heç yerə tək gedə bilmirdim”, - deyə 73 yaşında arzularına çatmağın sevincini yaşayan Arslan indi hər yerə tək getdiyini bildirib.

Mənbə: İHA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru