Türkiyə ilə ABŞ arasında "PKK gerbi" qalmaqalı böyüyür - Ankara "od püskürdü", Vaşinqton isə PKK-nın qoluna dəstək verəcəyini təkrarladı

28-05-2016, 09:39           
Türkiyə ilə ABŞ arasında "PKK gerbi" qalmaqalı böyüyür - Ankara "od püskürdü", Vaşinqton isə PKK-nın qoluna dəstək verəcəyini təkrarladı
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, ABŞ əsgərlərinin PKK-nın Suriya qolu YPG-nin gerbini taxmasına sərt reaksiya verib.

Avropa.info xəbər verir ki, Çavuşoğlu ABŞ əsgərlərinin PKK-nın qolu olan YPG-nin gerbindən istifadə etməsi olayından sonra, Birləşmiş Ştatların terrorla mübarizə açıqlamalarına şübhə ilə yanaşdıqlarını deyib.


"Terrorla mübarizədə çox iddialı olan bir ölkənin əsgərlərinin bir terror təşkilatının gerbindən istifadə etməsi qəbul edilə bilməz. Onlara tövsiyyəmiz budur ki, Suriyanın digər bölgələrinə getdikdə İŞİD-in də gerbindən istifadə etsinlər" deyə Çavuşoğlu qeyd edib.

Suriyada İŞİD-ə qarşı koalisiyanın ABŞ-lı komandiri Stiv Uorren isə ölkəsinin əsgərlərinin YPG gerbi daşımalarının doğru olmadığını deyib.

"Əsgərlərimizin YPG gerblərini daşımaları səlahiyyətləri yoxdur və bu uyğunsizdur . Bu səhvi düzəltmək üçün lazımlı addımlar atıldı" deyə amerikalı komandir bildirib.

Axşam saatlarında isə ABŞ xarici işlər nazirliyinin sözçüsü Mark Toner Türkiyəni qızdıracaq bir bəyanata imza atıb. Toner terror təşkilatı YPG-nin ABŞ-ın müttəfiqi olduğunu bir daha təkrarlamaqla, dolayısı ilə gerb məsələsinə də haqq qazandırıb.

"PKK-nın YPG ilə bəzi bağları olduğunu göz ardı edə bilmərik və heç bir əlaqə yoxdur deyə bilmərik. Amma YPG PKK-dan fərqli bir təşkilatdır. YPG daha öncə də söylədiyimiz kimi, Suriyada İŞİD-ə qarşı vuruşur. Türkiyənin narahatlığını anlayırıq lakin, YPG-nin Suriyanın şimalında İŞİD-ə qarşı təsirli bir güc olduğunu düşünürük, onlara operativ şəkildə dəstək verməyə davam edəcəyik" deyə Toner qeyd edib.

Siyasi müşahidəçilər isə ABŞ-ın Suriyadakı digər qüvvələrə faktiki dəstəyini kəsərək, PKK-nın qolunu dəstəkləməsini Birləşmiş Ştatların Türkiyə sərhədində idarəolunmaz bir "kürd dövləti" qurma planının tərkib hissəsi hesab edirlər.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.