Ərdoğandan Putin açıqlaması: "Bir pilotun səhvi..."

1-06-2016, 01:26           

Bizdən necə bir ilk addım gözlənilir, anlamaqda çətinlik çəkirəm.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika səfəri öncəsi İzmirdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Biz Türkiyə olaraq günahkar kürsüsündə oturan və qətiyyən münasibətləri pozmaq istəyən bir ölkə də deyilik. Tam əksinə, Rusiya ilə münasibətlər qurmağı arzu edən bir ölkəyik. Cənab Putin ilə bizim münasibətlərimiz həqiqətən çox fərqli bir nöqtədəykən, iki yaxşı dost səviyyəsində olarkən belə bir duruma gəlməyimiz, yaxud bir pilotun səhvinə görə Türkiyəni fəda etmək həqiqətən düşündürücüdür. Rusiya ilə münasibətlərimizi tamamilə yenidən inkişaf etdirmək, daha fərqli bir mövqeyə gətirmək istəyi içərisində olmağımız lazımdır", - Ərdoğan qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru