Türkiyə “Boeing”lə uçan Rusiya və Belarus aviaşirkətləri üçün hava limanlarını bağlayacaq

2-02-2023, 13:05           
Türkiyə “Boeing”lə uçan Rusiya və Belarus aviaşirkətləri üçün hava limanlarını bağlayacaq
Türkiyə ABŞ istehsalı “Boeing” təyyarələrini istifadə edən Rusiya və Belarus aviaşirkətləri üçün hava limanlarının bağlanması ilə bağlı xəbərdarlıq edib.

Türkiyənin ən böyük yerüstü aviareys operatoru “Havaş” bildirib ki, ABŞ-nin ixrac sanksiyalarına məruz qalan 170 Rusiya aviadaşıyıcı ilə işi tamamilə dayandıra bilər. Bu təyyarələrin xaricdə yanacaq doldurulması, texniki xidməti və təmirini qadağan edən məhdudiyyətlər səbəbindən “Havaş” həmin aviaşirkətlərə Türkiyəyə yalnız ehtiyat hissələrinin 25%-dən az bir qismi ABŞ istehsalı olan təyyarələrlə uçmağı tövsiyə edib. Belə təyyarələrə sanksiyalar tətbiq edilmir və hava limanlarında xidmət göstərilə bilər.

Qərarın, həmçinin Belarus aviaşirkətlərinə də şamil olunduğu vurğulanıb.

Mənbə: forbes.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.