Türkiyədə silahlı hücum: xəsarət alanlar var19 Mart 2023 09:24 19-03-2023, 10:54 Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunda kafeyə silahlı hücum olub.Publika.az xəbər verir ki, "TRT Haber" məlumat yayıb.Maskalı şəxs dünən axşam saatlarında kafeyə daxil olaraq odlu silahdan 4 nəfərə atəş açmağa başlayıb. Nəticədə 3 nəfər xəsarət alıb.Cinayətkar hadisə yerindən qaçıb. Yaralılar ətrafdakı şəxslər tərəfindən xəstəxanaya aparılıb. Onlardan birinin vəziyyəti ağırdır.Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Hazırda cinayətkarın yaxalanması ilə bağlı əməliyyat keçirilir. Facebook-da paylaş