Qırğızıstanda komuz formasında innovativ şəhər salınacaq

1-07-2023, 12:23           
Qırğızıstanda komuz formasında innovativ şəhər salınacaq
Qırğızıstanda milli musiqi aləti olan komuz şəklində innovativ şəhər salınacaq. Ölkə Prezidenti Sadır Japarovun Mətbuat Xidmətinin məlumatına görə, orada 700 minə qədər insan yaşaya biləcək və şəhərin 7-10 ilə tikilməsi planlaşdırılır.

Gələcək şəhərin təməlqoyma mərasimi İssık-Kul gölünün sahilində baş tutub. S.Japarov buranın gələcəkdə iqtisadiyat və turizm mərkəzinə çevriləcəyini vurğulayıb.

Bundan başqa, prezident bildirib ki, hakimiyyət şəhər layihəsinə və onun tikintisinin başlanmasına bir qəpik də pul xərcləməyib, tikintidə maraqlı olan xarici investorlar var.
Mənbə: Rambler












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru