Bu ölkədən Türkiyəyə: Bunu nadir hallarda imzalayırıq!

23-07-2023, 10:47           
Bu ölkədən Türkiyəyə: Bunu nadir hallarda imzalayırıq!
Venesuela dünyada ən böyük neft ehtiyatlarına malik ölkədir. Ona görə də bu, iki ölkə arasında müzakirə olunan çox fundamental məsələdir.

Axar.az xəbər verir ki, bunu Venesuelanın Türkiyədə səfərdə olan xarici işlər naziri İvan Gil Pinto deyib.

Ölkəsinin təbii qaz sahəsində də böyük potensiala malik olduğunu vurğulayan nazir Türkiyə şirkətlərinə də çağırış edib:

"Bizim əhəmiyyətli ehtiyatımız var, bu sübut olunub. Qızıl və almaz sahəsində istər Türkiyənin dövlət şirkətləri, istərsə də özəl şirkətlər həm hasilat baxımından, həm də artıq başlanmış mədən işlərinə xidmət göstərməklə bu işə töhfə verə bilərlər.

Hər iki prezident (Rəcəb Tayyib Ərdoğan və Nikolas Maduro - red.) ticarəti birlikdə inkişaf etdirməyi qarşılarına məqsəd qoyublar. Bunun üçün əlimizdən gələni etdiyimizi bir daha onlara bildirəcəyik".

İ.G.Pinto ölkəsinin ticarət müqaviləsi ilə bərabər, sərmayələrin mühafizəsi haqqında da saziş bağladığını bildirib:

"Bunun əhəmiyyətini izah etmək üçün deyə bilərik ki, Venesuela son 20 ildə bu sazişləri, sərmayələrin qorunması müqavilələrini çox nadir hallarda imzalayıb. Bu, türk iş adamlarına nə qədər önəm verildiyini göstərir. Bu müqaviləyə nələr daxildir? Əslində, adından da göründüyü kimi, bunlar sərmayə qoyan türk şirkətlərinə verilən zəmanətlərdir".

Nazir iki ölkə arasında hərbi sahədə də danışıqların getdiyini, lakin bu məsələlərin qapalı şəraitdə müzakirə olunduğunu deyib.

Qeyd edək ki, qarşıdakı günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Venesuelaya səfəri gözlənilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.