Türk ordusu daha bir şəhgid verdi

24-07-2023, 20:34           
Türk ordusu daha bir şəhgid verdi
İraqın şimalında "Pəncə-Kilit" əməliyyatı bölgəsində separatçı terror təşkilatı üzvlərinin təcavüzkar atəşi nəticəsində müqaviləli piyada əsgər Mehmet Can şəhid olub.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Pəncə-Kilit hərəkatı bölgəsində kəşfiyyat və müşahidə fəaliyyətləri həyata keçirən zaman separatçı terror təşkilatı üzvləri tərəfindən açılan təcavüz atəşi nəticəsində müqaviləli piyada əsgər Mehmet Can şəhid olub. Bizə dərin ağrı və hüzn yaşadan bu hadisədə həyatını itirən şəhidimizə Allah rəhmət eləsin, kədərli ailəsinə, Türk Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı verir, səbr diləyirik” - Nazirlikdən verilən yazılı açıqlamada deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru