Zəlzələdən sonra dağılmış evinin yerində qarpız bitdi - FOTO

25-07-2023, 14:53           
Zəlzələdən sonra dağılmış evinin yerində qarpız bitdi - FOTO
Türkiyədə fevralın 6-da baş verən zəlzələdə ən çox zərər çəkən şəhərlərdən biri Antakyada maraqlı hadisə yaşanıb.

Belə ki, zəlzələ nəticəsində evi tamamilə dağılmış Nəzmi Yamaneri dağıntıların təmizlənməsindən sonra keçmişdə yaşadığı evin ərazisinə baş çəkib və orada qarpızların bitdiyinin şahidi olub.

Oğlu bu görüntüləri çəkərək sosial şəbəkələrdə paylaşıb.

“Hər yerdə daş, beton olmuş ərazidən qarpızın yetişdiyini görəndə təəccübləndik. Heç kimin ağlına belə bir şey gəlməzdi. Bəxtimiz gətirsə, yeyəcəyik”, - zəlzələ nəticəsində evini itirmiş kişi bildirib.


Mənbə: İHA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru