CHP-də son durum: sürprizlərə hazır olmaq lazımdır

25-07-2023, 15:04           
CHP-də son durum: sürprizlərə hazır olmaq lazımdır
CHP-nin həftəsonu keçirilən bələdiyyə sədrləri və Partiya Məclisi gərgin keçib.

Publika.az “Milliyet”ə istinadən xəbər verir ki, bələdiyyə sədrləri bir-birini üstüörtülü duelə çağırıblar.

"Ərcüment Çervatoğlu Kılıçdaroğlunun ateist-sol-sosialist olduğunu vurğulayaraq, onu istefaya çağırıb. İmamoğlu isə ona “Heç kim əvəzolunmaz deyil” deyib. Kılıçdaroğlu isə “Bu, Çörçilin sözüdür. İngiltərənin qəbiristanlıqları özlərini əvəzolunmaz hesab edən insanlarla doludur”,- deyə cavab verib.

Qəzet yazır ki, bütün bu müzakirələrdən sonra 4 əyalət və 1 rayonun etirazları dəyərləndirilib. Lakin səsvermədə 41 faiz səs toplanmayıb. Böyük ehtimalla, qarşıdan gələn yerli seçkilərin təsiri ilə siyasətin özünəməxsus dinamikası işə düşəcək.

"İmamoğlu ilə birlikdə fəaliyyət göstərən qrup sədri Özgür Özəl və qrup sədr müavini Gökhan Günaydın yəqin ki, istefa verəcəklər. Məşhur zoom toplantısından sonra Günaydının MQA iclaslarında iştirakı qadağan edilib. Həmçinin Kılıçdaroğlunun ondan daha uzaqlaşacağını təxmin etmək elə də çətin deyil", - deyə məqalədə vurğulanır.

"Bənzər bir uzaqlaşma vəziyyəti Özgür Özəl üçün də gözləniləndir. Bu, səhnəarxası məlumat deyil. Siyasətin yazılmamış qaydalarının hara aparacağı bu gündən bəllidir.
Proses yəqin ki, Çexovun məşhur deyimində deyildiyi kimi gedəcək: “Teatrın birinci səhnəsində silah divardan asılırsa, deməli sonrakı hissədə mütləq atəş açılacaq”. Həftə sonu baş verənlər sadəcə ilk səhnədir. Sürprizlərə hazır olmaq lazımdır", - "Milliyyət" bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.