İzmirdə yaşı səkkiz min ildən çox olan məişət əşyaları tapılıb - FOTO

26-07-2023, 12:18           
İzmirdə yaşı səkkiz min ildən çox olan məişət əşyaları tapılıb - FOTO
Türkiyədə İzmirin Yeşilova və Yassıtəpə kurqanlarında arxeoloji qazıntılar aparılıb. Qazıntılar zamanı 8000 il əvvələ aid məişət əşyaları tapılıb.

Ege Universiteti arxeoloqu Zafer Derinin dediyini görə, yaşı 8 000 - 8 500 il olan yaşayış yerinin qalıqlarından say daşı və daş balta aşkarlanıb.

“Dövrün insanları balta başlığını ağaca və ya buynuza keçirərək istifadə ediblər. Bundan başqa, xüsusi önəmi olan say daşı tapmışıq. 8000 il əvvəl insanlar hesablamaq və ya oyun oynamaq üçün ondan istifadə ediblər. Bu daş xüsusi olaraq paxlaya bənzər şəkildə hazırlanıb”, - deyə arxeoloq Zafer Derin bildirib.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru