Türkiyədə qeyri-adi evlilik təklifi - VİDEO

26-07-2023, 13:14           
Türkiyədə qeyri-adi evlilik təklifi - VİDEO
Türkiyənin Yalova şəhərində bəy xanıma qeyri-adi evlilik təklifi edib.

Sevgilisi Feyza Ünalla birlikdə Mərmərə dənizinə baş vuran Kenan Esen hazırladığı pankartla onunla evlənmək istədiyini bildirib. Pankartda “Feyza, mənimlə evlənərsən?” sözləri yazılıb.

Ömründə ilk dəfə dərinliyə başvurma həyəcanı yaşayan Ünal sürpriz evlilik təklifini qəbul edib. Suyun altında “hə” cavabını alan bəy sudan çıxan kimi, evlilik təklifini bu dəfə də şifahi şəkildə dilə gətirib.
“Təklifimin Yalovada xüsusi və bənzərsiz olmasını istəyirdim. Sualtı evlilik təklifi fikri ağlıma gəldi və onu reallaşdırdım!” - deyə romantik aşiq Kenan Esen bildirib.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru