Ankara və Bakı Türkiyə qırıcısının yaradılmasında əməkdaşlıq edəcək

27-07-2023, 12:52           
Ankara və Bakı Türkiyə qırıcısının yaradılmasında əməkdaşlıq edəcək
Ankara və Bakı Türkiyə qırıcısının yaradılmasında əməkdaşlıq edəcək
Türkiyə və Azərbaycan beşinci nəsil “Kaan” qırıcısının yaradılması layihəsi çərçivəsində əməkdaşlıq barədə razılığa gəliblər.

“Qafqazinfo” TRT telekanalına istinadən xəbər verir ki, bu, ikitərəfli razılaşma ilə rəsmiləşdiriləcək. Onun İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEF-2023) çərçivəsində imzalanacağı planlaşdırılır.

“Yeni Shafaq” qəzeti qeyd edir ki, Bakının layihədə iştirakı Rusiya istehsalı olan MiQ-29 təyyarələri ilə təchiz olunmuş Azərbaycan HHQ-nin modernləşdirilməsində mühüm addım kimi qiymətləndirilməlidir.

“Defence Turk” portalının məlumatına görə, Türkiyə qırıcısının yaradılması layihəsində Ukrayna da iştirak edə bilər.

Qeyd edək ki, beşinci nəsil qırıcı olan “Kaan” 2017-ci ildən Türkiyədə “Milli döyüş təyyarəsi” proqramı çərçivəsində yaradılıb. Onun ilk uçuşunu bu il həyata keçirəcəyi, 2028-ci ildə isə kütləvi istehsalına başlanacağı planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru