Türkiyədə evin mətbəxinə meymun balası girdi - VİDEO

28-07-2023, 13:34           
Türkiyədə evin mətbəxinə meymun balası girdi - VİDEO
Türkiyənin Bursa şəhərində bir evin mətbəxinə meymun balası girib.

Təbiətin Mühafizəsi və Milli Parklar 2-ci Region Müdirliyinin qruplarına Bursa sakinindən zəng daxil olub. “Mətbəximdə meymun var”, - deyə sakin bildirib.

Evə gələn qruplar şkafın üzərindəki meymunu görəndə təəccübləniblər. Yerində dinc dayanmayan meymun balası əməliyyat qrupuna çətin anlar yaşadıb.

Meymun sakitləşdirici iynə ilə yatızdırılıb və tutularaq qəfəsə salınıb, daha sonra Vəhşi Heyvanların Xilas edilməsi və Reabilitasiyası Mərkəzinə aparılıb.
Meymunun tutulması anları kamera ilə lentə alınıb.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru