Türkiyədə muzeylərə giriş qiyməti artırıldı

29-07-2023, 10:15           
Türkiyədə muzeylərə giriş qiyməti artırıldı
Avqustun 1-dən Türkiyədə əcnəbilər üçün muzeylərə giriş biletinin qiyməti təxminən iki dəfə artırılacaq.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, vətəndaşlar və yaşayış icazəsi olan əcnəbilər üçün bu qiymət artımı keçərli deyil.

Yerli mətbuatın yazdığına görə, qədim Efes şəhərinin xarabalıqlarını ziyarət etmək 400 lirədən 700 lirəyə (26 dollar) qaldırılıb. Pamukkale qazıntılarını 700 lirəyə, İstanbuldakı Qalata qalasını 650 lirəyə (24 dollar), Qız qalasını isə 550 lirəyə ziyarət etmək mümkün olacaq.

Qərarın nazirliyin tabeliyində olan 350-dən çox muzey və arxeoloji obyektə aid olacağı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru