Türkiyədə terrorçulara aid səkkizmərtəbəli mağara aşkarlandı - FOTO

5-01-2024, 00:09           
Türkiyədə terrorçulara aid səkkizmərtəbəli mağara aşkarlandı - FOTO
Türkiyənin Bingöl vilayətinin Genç rayonunda həyata keçirilən əməliyyat zamanı PKK terrorçularının istifadə etdiyi 8 mərtəbəli mağara aşkarlanıb.

Bu barədə Bingöl Valiliyindən məlumat verilib.

Məlumata görə, PKK/KCK üzvlərinin zərərsizləşdirilməsi, mümkün sığınacaqlarının müəyyən edilərək məhv edilməsi istiqamətində bölgə üzrə Jandarm Komandanlığı qrupları tərəfindən aparılan kəşfiyyat işləri nəticəsində mağarada kustar üsulla hazırlanmış və istifadəyə hazır 17 ədəd partlayıcı qurğu ələ keçirilib.

Həmçinin axtarışlar zamanı partlayıcıları gücləndirmək üçün istifadə edilən çoxlu miqdarda mismar və metal parçaları, 22 ədəd böyük balon, 4 ədəd şarj aləti, 250 ədəd batareya, 14 ədəd çəllək içərisində müxtəlif sağlamlıq ləvazimatları, drel, mətbəx sobası və benzin tapılıb.

Əldə edilən materiallar əməliyyat zonasında məhv edilib və mağara istifadəyə yararsız hala gətirilib.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru