İstanbul hava limanında pişik təyyarənin uçuşunu pozub

5-01-2024, 15:08           
İstanbul hava limanında pişik təyyarənin uçuşunu pozub
İstanbul Hava Limanında Türk Hava Yollarına məxsus təyyarə sərnişindən qaçan pişiyə görə uçuşu dayandırıb.

Afinaya uçmalı olan təyyarə havaya qalxmağa hazırlaşarkən qəflətən salonda pişik gəzməyə başlayıb. Məlum olub ki, o, təyyarəyə xəbərdarlıq olunmadan mindirilib. Belə ki, onun sahibi lazımi sənədləri doldurmayıb və heyvanla bağlı ekipajı məlumatlandırmayıb.

Sahibinin əl yükündən qaçan pişik təyyarədə səs-küyə səbəb olub. Təyyarə uçuş-enmə zolağından hava limanının terminalına qayıdıb. Sərnişin və pişiyi təyyarədən düşürüblər. Məlum olub ki, qadın əvvəllər də gizlin yolla təyyarə salonuna heyvan keçirməyə cəhd edib. Aviaşirkət sərnişini qara siyahıya salıb.
Mənbə: DHA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru