Türkiyənin Malatya şəhərində 4 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı AFAD yayıb.
Məlumata görə, episentri Malatyanın Battalgazi rayonu olan yeraltı təkanlar yerli vaxtla saat 15.10-da qeydə alınıb. Zəlzələ 8,76 kilometr dərinlikdə baş verib.