Türkiyəli məşhur aşpaz Nusret Gökçe Bişkekdən maraqlı paylaşım etdi - FOTO/VİDEO

21-02-2024, 16:54           
Türkiyəli məşhur aşpaz Nusret Gökçe Bişkekdən maraqlı paylaşım etdi - FOTO/VİDEO
Məşhur türkiyəli aşpaz, yeməkləri özünəməxsus tərzdə duzlaması ilə tanınan Nusret Gökçe maraqlı paylaşım edib.

Nusret Gökçenin öz “Instagram” hesabında yayımladığı videoda Qırğızıstanın Bişkek şəhərində yollara duz səpən maşının arxasına Nusretin fotosu yapışdırılıb.

Qeyd edək ki, video Bişkek avtomobil nəqliyyatı müəssisəsinin sosial şəbəkə səhifələrində dörd il əvvəl yayımlanıb. O zaman müəssisənin mətbuat xidmətinin əməkdaşı Jibek Karakeyeva xüsusi maşının yola sənaye duzunun töküldüyü hissəsində Nusret Gökçenin fotosunu quraşdırıb.

Bildirək ki, Bişkekdə hazırda kommunal xidmətlər yollarda və səkilərdə qar və buzla mübarizə aparmağa çalışırlar.






Mənbə: Kaktus.media












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.