Ərdoğan Albaniyanın baş nazirinin palto geyinməməsinə təəccübləndi: “Soyuq deyilmi?”

21-02-2024, 12:16           
Ərdoğan Albaniyanın baş nazirinin palto geyinməməsinə təəccübləndi: “Soyuq deyilmi?”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada rəsmi səfərdə olan Albaniyanın baş naziri Edi Ramanın havanın soyuq olmasına baxmayaraq palto geyinməməsinə təəccüblənib. Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ərdoğan müşaviri Səbri Dəmiriyə müraciət edərək, “Nə edəcəyik, soyuq deyilmi?” deyib.
Daha sonra Türkiyə Prezidenti şərfini çıxararaq Rama ilə birlikdə mərasim sahəsinə gedib.Havanın temperaturunun aşağı olmasına baxmayaraq Ramanın Ankarada soyuq olmaması Balkan soyuğuna öyrəşdiyini göstərib.Həmçinin,ikili birgə mətbuat konfransı keçirib. Mətbuat konfransında ƏrdoğanAlbaniyada 3 ayda xəstəxana tikdiklərini deyib:"Hörmətli Rama ilə bu mövzuda mərc etdik. Allaha şükürlər olsun ki, xəstəxanamızı 3 ayda rekord müddətdə inşa etdik".Rama isə öz növbəsində Prezident Ərdoğana "Söylədiyiniz sözlər gerçəkləşdirilir. Verilən sözlər tutulur. Albanlarla girdiyiniz bu mərci qazandınız. Sizə ictimaiyyət qarşısında təşəkkür etmək istəyirəm" deyib.Əfsanə Rəcəb
Manşet.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru