Türkiyə Suriyanın Cerablus bölgəsində İŞİD-ə qarşı keçirdiyi hərbi əməliyyatlar çərçivəsində PKK-nın Suriya qoluna 48 saat vaxt verib.
Avropa.info xəbər verir ki, əməliyyatlar vasitəsilə təxminən 30 kəndin İŞİD-dən təmizləndiyi bildirilir. Əməliyyatlarda hədəf əl-Bəb bölgəsindən sonra Cerablusun 70 kilometrliyində yerləşən Məra bölgəsinin ələ keçirilməsi olacaq.
PKK terror təşkilatının Suriya qolu olan PYD qüvvələri göstərilən müddət ərzində Fərat çayının şərqinə çəkilməlidir. Əks təqdirdə, PYD-yə qarşı da genişmiqyaslı əməliyyatlar başladılacaq.