Ərdoğanın 1 №-li düşməni ABŞ-da göründü - FOTO

26-09-2016, 19:27           
Ərdoğanın 1 №-li düşməni ABŞ-da göründü - FOTO
Türkiyədə müxtəlif cinayət işlərinə görə aparılan istintaqlarda adları hallanan və haqlarında həbs qərarı çıxarılan, bir qismi "qırmızı bülleten"lə axtarılan FETÖ imamları ABŞ-da sərbəst şəkildə gəzirlər. FaktXəbər-in məlumatına görə, Türkiyənin "Sabah" qəzeti FETÖ imamlarının ABŞ toplantısından görüntülər yayımlayıb.

Bu imamlardan biri olan Aydoğan Vatandaş təşkilatın qeyri-qanuni yollarla topladığı kəşfiyyat məlumatlarını paylaşdığı "Fuad Avni" Twitter hesabının başçısıdır. Aydoğan Vatandaş bu hesabdan paylaşdığı tvitlərlə 15 İyul dövlət çevrilişi cəhdinin bazasını hazırlamaqda və dövlət sirlərini yaymaqda ittiham eilir.

2006-cı ildən bəri ABŞ-da yaşayan Aydoğan Vatandaş FETÖ-nun media qolunun ən önəmli şəxslərindən biridir. Vatandaş hazırda təkcə ABŞ-ın deyil, dünyanın ən böyük xəbər saytlarından biri olan "The Huffungton Post"da təşkilatın təbliğatını aparan Türkiyə əleyhinə məqalələr yazır.

ABŞ-da Türkiyə əleyhinə təşkilat lobbisinin önəmli adlarından olan Aydoğan Vətəndaş, müxtəlif konfranslarda iştirak edərək Türkiyəni qaralamağa çalışır. Vətəndaşın, ABŞ-da Rza Zarrabla bağlı istintaqı aparan Prokuror Preet Bhararanın ofisini tez-tez səfər etdiyi də bildirilir. Aydoğan Vətəndaş, Ergenekon Terror Təşkilatı adını ilk dəfə 1996da istifadə edən şəxs. Vətəndaş, FETÖNÜN dam din layihəsinə zəmin hazırlamağa çalışan isimlərdən biri kimi tanınır. Vətəndaş, gizli təriqətləri model sahə FETÖNÜN, ezoterizm üzərində tədqiqatları ilə tanınan adlarından biri.

FUAD AVNİ MƏLUMATINI FİT VERİB

Aydoğan Vatandaş prokurorluqda hazırlanan faylda "Fuad Avni dəstəsi"nin başçısı kimi göstərilir. FETÖ-nün 17-25 dekabr çevriliş prosesindən sonra təbliğat məqsədilə açdığı "Fuad Avni" hesabını idarə edən şəxsin Aydoğan Vatandaş olduğu məlumatını ABŞ Federal İstintaq Bürosu (FBI) Türk orqanlarına verib. Hesabı ilk yaradan və ifşa olan "Haberdar" saytının redaktoru Said Sefadan sonra "Fuad Avni" hesabına Aydoğan Vatəndaş rəhbərlik etməyə başlayıb. Vatandaşın "Fuad Avni" hesabının gizli lideri olduğu Türkiyəyə gələndə bu hesabı istifadə etməsi ilə ortaya çıxıb.

TÜRKİYƏYƏ 2 İLDƏ 7 DƏFƏ GƏLİB

Vatandaş 2014-2015-ci ildə Türkiyəyə 7 dəfə gələn zaman ifşa olub. Aydoğan Vatandaşın Twitter-də "@fuatavni", "@fuatavnifuat", "@fuad avni_f", "@fuataliavni" istifadəçi adlı hesabları idarə etdiyi, Türkiyədə "doruk.net" tərəfindən təqdim olunan "Wispotter" platforması vasitəsi ilə Twitter-ə daxil olduğu müəyyən edilib.

GÜLƏNİN "QIZIL UŞAĞI"

Aydoğan Vatandaş 1988-ci ildə Dəniz Liseyindən məzun olub. 1995-ci ildə Dəniz Hərbi Məktəbindən ayrıldıqdan sonra həmin il "Aksiyon" jurnalında işə başlayıb. FETÖ-nün xüsusi olaraq yetişdirdiyi Vatandaş 2009-2011-ci illər arasında "The New School"da media sahəsində magistratura, Pensilvaniya Alvernia Universitetində doktorantura təhsili alıb. Eyni zamanda, "Todays Zaman" qəzetində fəaliyyət göstərib. Vatandaşın ABŞ-da vaxtaşırı olaraq təşkilat lideri Güllə toplantı keçirdiyi bildirilir.

FETÖ-NÜN MONŞERLƏRİ

Aydoğan Vatandaşın "Armageddon", "Apokrifal", "Ezoterika", "Barnabasın Sirri", "Apokalipse", "HAARP" kimi 18 kitabı var. Kitablarından birinə "Monşer" (Gizli seçilmişlər) adını verən Vatandaş, FETÖ-nün gizli seçilmişlərindən biri olduğu üçün ABŞ-da qorunub saxlanır.

SON KİTABI ƏRDOĞAN BARƏSİNDƏDİR

Vatandaşın keçən il İngiltərə və İspaniyada dərc oluann Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əleyhinə "Hungry For Power" (Hakimiyyət ehtitası - Güç zəhərlənməsi: Ərdoğanın ifritə ovu və dövlət) adlı kitabı dərc olunub. 2013-cü ildə Nyu Yorkun Soho bölgəsindəki Babylonda braziliyalı Kamila Oliveira ilə evlənən və Nyu Cersi ştatının Klifton bölgəsində yaşayan Vatandaş burada FETÖ-nün şəhər imamı və təşkilat imamları ilə görüşür.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.