“Kürd bayrağının baş nazirin otağında asılması…” - Baxçalı
28-02-2017, 16:32
Kürdüstan bayrağının Türkiyə bayrağına bərabər şəkildə asılması rəzalətdir.
Axar.az xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı rəhbərlik etdiyi qurumun qrup toplantısında çıxışı zamanı söyləyib.
“İstanbulda bu qondarma bayrağın dalğalandırılmasına kim izn verib? Biz Bərzaninin bayrağını vətən səmalarında, baş nazirin otaqlarında görmək istəmirik. Bu şəxs ilk növbədə PKK-nı dəstəkləməsinin və şəhidlərimizin, Türkiyəyə qurduğu tələlərin əvəzini ödəməlidir. Türk millətinə əziyyət edən bir çürümüşün Türkiyədə heç nə olmamış kimi qarşılanması milli qürurumuzu sarsıdıb”, – Baxçalı bildirib.
Qeyd edək ki, dünən Bərzani Türkiyəyə səfər edib. Səfər zamanı Atatürk Hava Limanında və Baş nazir Binəli Yıldırımın otağında İraq Kürd Muxtar Vilayətinin bayrağının asılması böyük etirazlara səbəb olub.