Türkiyə hərbçiləri İraqın şimalında 13 terrorçunu məhv edib
28-05-2017, 13:20
Türkiyənin Hərbi Hava Qüvvələri PKK terror qruplaşmasının İraqın şimalındakı Avaşin Basyan rayonundakı mövqelərinə hava zərbələri endiriblər. "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Ordusunun Baş Qərargahı məlumat yayıb. Məlumatda bildirilir ki, zərbə nəticəsində terrorçuların 7 obyekti məhv edilib. Habelə Türkiyə ərazisinə hücuma hazırlaşan 13 terrorçu öldürülüb. PKK terror təşkilatı Türkiyənin dövlət strukturlarına və vətəndaşlarına qarşı silahlı hücumlar təşkil edir. Türkiyə hökumətinin yaranmış vəziyyəti nizamlamağa yol tapmaq cəhdinə baxmayaraq terror təşkilatı yenidən 2015-ci ilin iyulundan silahlı hücumlara başlayıblar.